Yaşanmamışlıqlar.

İllər ötüb gedir bir göz qırpımında,hətta artıq pəncərədən  baxdığım mənzərə eyni deyil.Ötən illərə baxanda sadəcə bir şeyi anlayıram Mən bu həyatda özümə gecikmişəm.Ətrafımdakı insanların həyatında daha çox Mən varam nəyin ki,öz həyatımda.Bu həyatda ən çox özümü unutmuşam,hər kəsə sevgi vermişəm özümdən   başqa,  bir sözlə Mən özümə gecikmişəm.

Həyatımın üçüncü on illiyimin başındayam və hər zaman həyatıma bir möcüzənin gəlməsini gözləmişəm artıq anlayıram ki,Mən  özüm bir möcüzəyəm. Hər zaman düşünürdüm ki,nədən insanlar məndən tez vaz keçirlər ,axı harada səhv edirəm  ,nəhayət  anlayıram ki,özünü unutmuş birini kim neyləsin?!

Hər zaman həyatda qorxularım olub , insanları , həyatda qazandıqlarımı itirməkdən qorxmuşam.Bu səbəblə də hər kəsə və hər şeyə həddindən artıq bağlanmışam bu ana kimi.Artıq anlayıram ki, nəyi itirməkdən qorxursansa elə həyat ilk onları səndən alır. Düz deyirlər otuz yaş insanın dönüm nöqtəsidir.Bu yaşdan sonra insanın həyatı dəyişməyə başlayır, elə məndə də elə olur hal-hazırda. İlk olaraq itirmək qorxuma qalib gəlməyə çalışıram  ,çünki anlayıram ki, mənim qorxularım həmin anın sehirini , gözəlliyini pozur, qorxularımdan sevdiyim anı doyunca yaşa bilmirəm. İkincisi isə canlı və cansız hər şəyə bağlılığımı aradan qaldırmağa çalışıram,  bu həyatda heç nə, heç kim  daimi və əbədi deyil.Bağlı olduğun bir şeyi itirdikdə böyük bir parçanı itirmiş kimi hiss edirsən. Bir sözlə həyatı sadə  yaşamağa başlayıram qorxusuz, bağlı olmadan , sevdiklərimə hər gün sevdiyimi söyləyərək və  insanları həyatımdan asant çıxartmağı öyrənirəm, hər hansı bir dram yaşamadan. Ən əsası anladım ki, insan özünü sevməsə onu heç kim sevməz və dəyər verməz.

Bilirəm mənim kimi özünü unutmuşlar çoxdu.Onu deyim ki, dəyməz. Heç  kimə  özünüzdən pay verməyin,  çünki bir zaman gələcək hər kəs sizi unudacaq . Biz  insanlara ya boş zamanlarını doldurmaq üçün, ya da müəyyən bir səbəbdən lazım oluruq.Bu həyatda bizləri səbəbsiz, çıxarsız yalnız ailəmiz sevə bilər ,qalanlar isə sadəcə nəsə gözləyir qarşılığında.

Bir sözlə özünüzü sevin , dəyər verin amma dərəcəsini də qaçırmayın.Başqalarını əzmədən sevin özünüzü. İldə bir dəfə də olsa, bir arzunuzu yerinə yetirməyə çalışın. İnanın hər hansı bir arzunuzun yerinə yetdiyi an, sanki göyün yeddinci qatında olursunuz.Bunu özümdən bilirəm.Yaşadığınız şəhəri bir turist kimi gəzintiyə çıxın heç olmasa ildə bir  dəfə .Səhərdən axşama özünüz ilə zaman keçirin.Həftə sonu dəniz kənarına gedin .Dənizin dağlaranın səsinə qulaq asın. Sonra şəhərin ən bahalı bir restoranına üz tutun ,ən bahalı yeməyini sifariş edib,özünüzü əzizləyin. Sonda isə bir çay sifariş edib  yaşadığınızın və yaşayamadıqlarınızın hesabını sorun özünüzdən.O, masadan qalxdıqda isə bütün mənfilərinizi , qorxularınızı orada buraxın.Masadan yenilənmiş və öz dəyərini anlamış  bir kimi qalxın.

Həyatda anı yaşamağı öyrənin. Çünki dünən dündə qaldı , gələcək isə naməlumdu, bu gün isə realdı.Gününüzü anlamlı yaşamağa başlayın,az şikayət, çox şükür edin.

yaşanamamışlıqlar