Yaşanmamışlıqlar.

İllər ötüb gedir bir göz qırpımında,hətta artıq pəncərədən  baxdığım mənzərə eyni deyil.Ötən illərə baxanda sadəcə bir şeyi anlayıram Mən bu həyatda özümə gecikmişəm.Ətrafımdakı insanların həyatında daha çox Mən varam nəyin ki,öz həyatımda.Bu həyatda ən çox özümü unutmuşam,hər kəsə sevgi vermişəm özümdən   başqa,  bir sözlə Mən özümə gecikmişəm.

Həyatımın üçüncü on illiyimin başındayam və hər zaman həyatıma bir möcüzənin gəlməsini gözləmişəm artıq anlayıram ki,Mən  özüm bir möcüzəyəm. Hər zaman düşünürdüm ki,nədən insanlar məndən tez vaz keçirlər ,axı harada səhv edirəm  ,nəhayət  anlayıram ki,özünü unutmuş birini kim neyləsin?!

Hər zaman həyatda qorxularım olub , insanları , həyatda qazandıqlarımı itirməkdən qorxmuşam.Bu səbəblə də hər kəsə və hər şeyə həddindən artıq bağlanmışam bu ana kimi.Artıq anlayıram ki, nəyi itirməkdən qorxursansa elə həyat ilk onları səndən alır. Düz deyirlər otuz yaş insanın dönüm nöqtəsidir.Bu yaşdan sonra insanın həyatı dəyişməyə başlayır, elə məndə də elə olur hal-hazırda. İlk olaraq itirmək qorxuma qalib gəlməyə çalışıram  ,çünki anlayıram ki, mənim qorxularım həmin anın sehirini , gözəlliyini pozur, qorxularımdan sevdiyim anı doyunca yaşa bilmirəm. İkincisi isə canlı və cansız hər şəyə bağlılığımı aradan qaldırmağa çalışıram,  bu həyatda heç nə, heç kim  daimi və əbədi deyil.Bağlı olduğun bir şeyi itirdikdə böyük bir parçanı itirmiş kimi hiss edirsən. Bir sözlə həyatı sadə  yaşamağa başlayıram qorxusuz, bağlı olmadan , sevdiklərimə hər gün sevdiyimi söyləyərək və  insanları həyatımdan asant çıxartmağı öyrənirəm, hər hansı bir dram yaşamadan. Ən əsası anladım ki, insan özünü sevməsə onu heç kim sevməz və dəyər verməz.

Bilirəm mənim kimi özünü unutmuşlar çoxdu.Onu deyim ki, dəyməz. Heç  kimə  özünüzdən pay verməyin,  çünki bir zaman gələcək hər kəs sizi unudacaq . Biz  insanlara ya boş zamanlarını doldurmaq üçün, ya da müəyyən bir səbəbdən lazım oluruq.Bu həyatda bizləri səbəbsiz, çıxarsız yalnız ailəmiz sevə bilər ,qalanlar isə sadəcə nəsə gözləyir qarşılığında.

Bir sözlə özünüzü sevin , dəyər verin amma dərəcəsini də qaçırmayın.Başqalarını əzmədən sevin özünüzü. İldə bir dəfə də olsa, bir arzunuzu yerinə yetirməyə çalışın. İnanın hər hansı bir arzunuzun yerinə yetdiyi an, sanki göyün yeddinci qatında olursunuz.Bunu özümdən bilirəm.Yaşadığınız şəhəri bir turist kimi gəzintiyə çıxın heç olmasa ildə bir  dəfə .Səhərdən axşama özünüz ilə zaman keçirin.Həftə sonu dəniz kənarına gedin .Dənizin dağlaranın səsinə qulaq asın. Sonra şəhərin ən bahalı bir restoranına üz tutun ,ən bahalı yeməyini sifariş edib,özünüzü əzizləyin. Sonda isə bir çay sifariş edib  yaşadığınızın və yaşayamadıqlarınızın hesabını sorun özünüzdən.O, masadan qalxdıqda isə bütün mənfilərinizi , qorxularınızı orada buraxın.Masadan yenilənmiş və öz dəyərini anlamış  bir kimi qalxın.

Həyatda anı yaşamağı öyrənin. Çünki dünən dündə qaldı , gələcək isə naməlumdu, bu gün isə realdı.Gününüzü anlamlı yaşamağa başlayın,az şikayət, çox şükür edin.

yaşanamamışlıqlar



Dəyərsiz dəyərlilər.

Həyatmı qəribədi yoxsa bu insanlarmı?????? Bu sual meni çox düşündürürdü.Sonda anladım ki, insanlardı qəribə.

Dəyər verib onu həyatının bir hissesi  edirsən,amma sonda anlayırsan ki,  dəyərləndiyin insan heç də sənin ona  verdiyin dəyərə layiq deyil. Sanki qızıl alıbsan ,sonra anlamısan ki, qızıl yox adi bir dəmir parçası almısan. İndiki həyatda da insanların bəziləri saxta qızıllara oxşayırlar. Bir sözlə dəyərsiz dəyərlilərdi.

Hər zaman düzgün insanlar tapmaq çətindi, hərdən düşünürəm qızılların saxta olduğunu bildirən bir aparatda insanlar üçün olsun insanların saxtalığını göstərsin. Çox təəssüfər olsun ki,bele bir aparat yoxdu.Bəlkə ele saxta inasanlar olmasaydı biz  bizə dəyər verən ,düzgün dürüst insanları dəyərləndirə bilməzdik.Gərək o saxta insanlar təşəkkürlərimizi bildirək,bizə dəyərlilərimizi dəyərləndirməyi öyrədirlər.  S.Harisin dediyi kimi insanların düzeltdiyi saxta pullar qədər ,pulların da düzəltdiyi saxta  insanlar var. Allah hər birimizi saxtalıqlardan qorusun Amin.

ALLAH AMANINDA OLUN DOSTLAR.

“Seni Hocalı’da ermeniler bir kez yaktılar,beni ise her gün yakıyorlar ,baba”

.. O zaman ben de birçokları gibi afacan, Atalı-analı mutlu çocuklardan biriydim. Üç kız kardeş – ben, Nigar, Yeganə ve bir de 8 aylık bebek kardeşim Vusal, annem Raya ve babam Tevekkülle en güzel günlerimizi yaşıyorduk. Babam bizi çok azizler, başımızageçinirdi. Ama ben son dönemlerde onun gözlerini hep mahzun görürdüm. Biziəzizləyəndə, deyip Gülen’de bile bana öyle geliyordu ki, babamın bir yüzü gülen’de,diğeri ağlıyor … Bunun nedenini daha sonra bildim … Daha çox

Oğru ele bağırdı,doğrunun bağrı çatladı.

Bu fransızları heç sevmirdim indi antipatiyam daha da artdı.Görəsən bunlar hansı soyqırımdan danışırlar,uydurma soyqırıma,uydurma  qanun. Mənə bir şey  çatmır ,bu ermənilər fransızlardan istifade edib ne ise qazanacaq bəs bu fransızlar nə qazanacaq görəsən?!

İnanın bu qanun qəbul olunanda  kafirlərin necə sevindiyini görəndə elə bir əsəb keçirdim ki,öz-özümə dedim yeqin indi bizim şəhidlərimizin sümükləri sızıldayır. Daha çox

Sevgimi yoxsa Qürurmu?!

Sevgini tapmaq çox çetindi bezi insanlar onu bir ömür boyu axtarır amma tapa bilmir ,bezileri isə ilk görüşden əsl sevgisini tapdığını anlayır. Çox təəssüflər ki,indi elədiyim müşahidəyə görə çoxları sevginin qədrini bilmir ilk çetinlikdən ondan üz döndərir sonra isə sevgi yoxdur deyirlər.Amma anlamırlar ki, bu həyətda hər şey üçün mübarizə aparmaq gərəkdi,müabrizə yoxdursa məğlubiyyətdə yoxdur. Turqenev demişdir “Xoşbəxt olmaq istəyirsənsə? Onda birinci əzab çəkməyi öyrən.” Daha çox

Bu günümün xəyalı,sabahımın həqiqəti.

İlk öncə salam.

Sənə çox şey haqqında yazmaq istəyirəm amma bilmirəm hansından başlayım.Ən yaxşısı bir yerdən başlayım arxası özü gələcək İnşAllah.Bu aralar çox məşğulam,amma sən ağlımın bir hissəsindəsən ,yəni narahat olma yadımdasan:) .Bilirsən hərdən  ən çox nədən qorxuram, biz  biri-birimizi tanımadan həyatımızı başa vurarıq,yalançı sevgilərlə özümü aldadarıq.Bəlkə də indi kimisə sevirsən ,amma bilmirsən biri buarada səni tanımadan sənə məktub yazır Daha çox

Yağış damlalarının gücü.

Portuqaliyada yağış işə getməmək üçün üzrlü səbəb hesab olunur.2. Para şəhərində sakinlər saatlarını yağışa görə tənzimləyirlər, çünki hər gün eyni vaxtda leysan yağır.3. Darts oyununun yaranma səbəbi yağış olub. Bir gün oxçular yarış vaxtı yağışa düşüblər. Pivəxanaya gedib qısaldılmış oxları divardakı hədəfə atmağa başlayıblar.4. Əslində yağışın iyi yoxdur. Yağışın ətri dediyimiz iyi əslində aktino və sianobakteriyalar ifraz edir. Yağışa iy verən maddə geosmin adlanır.5. Uqanda sakinlərini fırtına ilə qorxutmaq olmaz. Belə ki ölkədə ildə 250 gün yağış yağır. Daha çox

Kino deyib keçməyin.

Bu yazını yazmamışdan qabaq düşnürdüm nə yazım ,nə haqqında yazım ki,insanların maraq dairələri ilə mənim yazdığım cuzidə olsa üst -üstə düşsün.Sonra yadıma yayda baxdığım kino düşdü.Kinonun adı ,,Marli və mən ,, idi. Daha çox

Maraqlı hadisələr.

1. Qədim Misirin birinci nəslin zamanında fironun ailə üzvləri və nökərləri ölmüş fironla birlikdə basdırılırdı. Hesab edilirdi ki, o biri dünyada onların hamısı tanrıların firona kömək edəcəklər. Daha çox

həyatda nəcə xoşbext olmaq olar?!

Mənim yaşım az olsada mənə elə gəlir xoşbəxtliyin sirrini tapmışam.İlk öncə həç kimi gözləməyin ki,gəlib sizi xoşbəxt edəcək,mənim fikirimcə egər siz kimisə gözləyirsinizsə gəlib sizi xoşbəxt etsin,bu özünüzə qarşı etdiyiniz en böyük yanlışlardan biridir. Daha çox

Öncəki Əski Yazılar